Aktrisa səhnədə həbs edildi: rus polisi rüsvay oldu

15-01-2017, 08:56           

Rusiyanın Sankt-Peterburq şəhərində polis əməkdaşları tamaşa zamanı aktrisanı və rejissoru həbs edib.

Axar.az xəbər verir ki, Teatra.doc teatrında nümayiş olunan "Gizli təsirlər" tamaşası zamanı polis rejissor Vsevolod Lisovski və səhnədə olan aktrisa Marina Karlışevanı saxlayıb.

Teatrın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, ssenariyə uyğun olaraq, Karlışeva balkonda qışqıraraq intihar etmək istədiyini deyir. Həmin zaman küçədə olan patrullar aktrisanın həqiqətən intihar etmək istədiyini güman edib, aktrisanı və rejissor Lisovskini həbs edib.

Polis bölməsində aydın olub ki, intihar səhnəciyi tamaşanın bir hissəsidir. Polis aktrisa və rejissordan üzr istəyərək, onları geri qaytarıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.