“İlhamə Quliyevanın miras davası bacıları və dayısı oğlu arasında gedir” – Əli Mirəliyev
9-02-2017, 17:53
“Miras məsələsindən çəkilmişəm, qarışmıram. İndi əsas miras mübahisəsi İlhamə Quliyevanın bacılar və dayısı oğlu Eldar İsmayılov arasında gedir. Gördüm ki, bunlar var-dövlət üstündə bir-birilərini qırır, kənara çəkildim. Heç Orxan Nadirovdan da xəbərim yoxdur”.
Bunu hafta.az-a açıqlamasında müğənni Əli Mirəliyev mərhum Xalq artisti İlhamə Quliyevanın miras məsələsindən danışarkən deyib. Əli Mirəliyev xəstə olarkən İlhamə Quliyevaya baxan qızının onun tapşırığı ilə miras iddiasından çəkildiyini qeyd edib:
“Mənim qızım da İlhamə Quliyevaya anasının bacısı, xalası kimi baxıb. Qızım İlhaməyə “mama” deyib. Qızıma da çəkilib qıraqda durmağı tapşırdım. İlhamə mənim yoldaşımın dayısı qızıdır, qan qohumum deyil. Mən İlhaməyə yad bir adam olsam da, ən çox mənə etibar edib. Çünki İlhamə yoxdur, indi rəhmətliyə 5-6 il bizim baxdığımızı kimə deyim. Necə deyim, əlimdə heç bir hüquqi əsas yoxdur. İlhamə Quliyeva da heç kimə vərəsəlik hüququ verməyib. Orxana yalandan oğlum deyib, mənim övladıma da qızım deyib. Orxan da televiziyada ona görə “anamdır” deyirdi”.
Qeyd edək ki, mərhum Xalq artisti İlhamə Quliyeva 25 fevral 2016-cı ildə ürək çatışmazlığından vəfat edib.