Əməkdar artist Kübra Dadaşova dünyasını dəyişdi - SƏBƏB + FOTOLAR

12-02-2017, 23:03           
Əməkdar artist Kübra Dadaşova dünyasını dəyişdi - SƏBƏB + FOTOLAR
Əməkdar artist Kübra Dadaşova dünyasını dəyişib

Enter.News xəbər verir ki, bu barədə saytımıza onun yaxınları xəbər verib.

Qeyd edək ki, Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə hələ tələbə ikən – 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb. Aktrisa dramatik və komik səpkili rolları eyni bacarıqla yaradırdı.

16 may 2006-cı ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.

Kübra Dadaşova mərhum aktyor Məmmədağa Dadaşovun qızıdır.

Əməkdar artist Kübra Dadaşova uzun illər idi ki, şəkər xəstəliyindən əziyyət çəkirdi. O, müsahibələrinin birində bunları söyləmişdi:

"Səhhətim, hələ ki, bir o qədər də yaxşı deyil. Üstəlik, havaların isti keçməsi mənə çox pis təsir edir. Əməliyyat nəticəsində 2 ayaq barmağımı kəsiblər, çünki şəkər xəstəliyinin qarşısını yalnız bu yolla ala bilərdilər. Evdəyəm, heç teatra da gedib gəlmirəm. İynə-dərmanı evdə qəbul edirəm, lazım olanda isə həkim evə gəlir. Qızım Təhminə mənim həmişə yanımdadır, Allah onu mənə çox görməsin. Tamaşaçılar məni həmişə istər filmlərdə, istərsə də tamaşalarda gülərüz görüblər. Amma bu illər ərzində mən dərdimi onlardan gizlətmişəm. Məncə, aktrisa həmişə bu cür hərəkət etməlidir. İnsanlara, tamaşaçılara pozitivlik vermək lazımdır. Amma öz dərdimi, öz xəstəliyimi içimdə çəkmişəm. İndi də onun nəticələridir ki, bu xəstəliyi tapmışam. Zənginiz üçün sizə təşəkkür edirəm, həmişə məni diqqətdə saxlayırsız. İnşallah, sağalıb yeni sezondan teatrda tamaşalarda oynayacaqam".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.