"Orxan sələmə pul götürüb İlhaməyə yas verdi"

23-02-2017, 17:35           
"Orxan sələmə pul götürüb İlhaməyə yas verdi"
"Deyəcəksiniz, yenə İlhamə Quliyeva? Bu bizim son fotomuzdur. İndi məni başqa şey maraqlandırır, əgər insanlıq hissim varsa, yazmalıyam. İlhamə öldükdən sonra əziz dayısı oğlu evdən, yəni Orxandan bir neçə dəst qızıl əşyaları aldı. Əvəzində dəfn üçün pul verdi. Morqda və meyid yuyulan yerdə pul olmayıb, İlhamə yaşayan ərazinin bölmə rəisi pulu Əli Mirəliyevə verib. Demək, üç, yeddi və qırx mərasimləri verildi. Tək qırx mərasiminə getdim, o da Orxana görə".

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkədə yazıb.

Aparıcı xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovla bacıları arasındakı miras və ildönümü qalmaqalına münasibət bildirib.

S.Kərəmoğlu Orxanın mərhum müğənninin yasını verməık üçüm borca girdiyini deyib:

"Orxan sələmə pul götürüb yas mərasimlərini verdi. O zaman indiki varislər harada idi? Gülbahar xanım, sizin dilinizdən dəfələrlə eşitmişəm ki, bizim İlhamə ilə işimiz olmaz, o bizim nəslin başını aşağı edib. Bəs indi başınızı aşağı edən birinin var-dövləti sizə necə şirin gəldi? “Bizdən uzaq olsun” deyən siz deyildinizmi?

İndi miras sizə qaldı və qanunlara qarşı kimsə çıxa bilməz. Xeyrini görəsiniz, əgər görə bilsəniz. İndi siz il mərasimi verirsiniz? Sələmə götürülən pulu vermisiniz? Eldardan dəfn üçün alınan, yumaq üçün bölmə rəisindən götürülən borcu vermisiniz? İndi düşmüsünüz ki, bacımıza il mərasimi veririk? Kimi axmaq yerinə qoyursunuz?

Mən indi anladım ki, İlhamə sizə oxşayıb. Çünki onun indiyənə qədər etdiyi günahları Allah bilsin. Əldə etdiyi sərvəti mədəni sürətdə dilənib. Dilənçiliklə qalan mirasdan kim necə xeyir tapacaq onu zaman göstərər. Tək Orxan xeyir tapa bilər, o da Allahın işidir. Çünki Orxanın həyatını bilə-bilə bərbat etdi. Bu artıq başqa mövzudur. İlhamənin ili sabah olacaq. Onu istəyənlər "Heydər" məscidinə gedə bilərlər".



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.