Ermənistan çirkin əməllərindən əl çəkmir- DÜŞMƏN ÖLKƏDƏN NÖVBƏTİ "EUROVİSİON" OĞURLUĞU - VİDEO
28-03-2017, 09:37
Ermənistan təmsilçisi Artsvik Arutyunyanın “Eurovision 2017” mahnı müsabiqəsində oxuyacağı mahnı bir neçə gün əvvəl təqdim olunub. Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi məlumata görə, ifaçı yarışmada “Fly With Me” adlı mahnı oxuyacaq. Mahnı təqdim olunar-olunmaz onun bəstəsinin Madonnanın “Frozen” adlı musiqisi ilə oxşarlığı sosial şəbəkələrdə müzakirə mövzusu olub. Belə ki, dünya şöhrətli sənətçinin fanatları Ermənistanı oğurluqda ittiham ediblər.