Məşhur müğənninin oğlu insan alverinə görə tutuldu

1-04-2017, 14:37           

Məşhur müğənninin oğlu insan alverinə görə həbs edilib.
Meksikalı müğənni Pepe Aquiların oğlunun avtomobili ABŞ sərhədində yoxlanılıb. İtlər avtomobilin baqajında gizlədilmiş dörd Çin vətəndaşı müəyyən edib.
Dörd çinli ABŞ sərhədini keçmək üçün məşhur müğənninin oğluna 60 min dollara qədər ödəniş etdiyini söyləyib. ABŞ vətəndaşı olan Jose Aquilar pul cəzası ilə sərbəst buraxılıb.


Qeyd edək ki, Meksikanın ən məşhur müğənniləri arasında yer alan Pepe Aquilar dörd dəfə “Grammy” mükafatına layiq görülüb. (milli.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.