Bu məşhurlarımız ofisiant, qabyuyan olub... 6-04-2017, 09:26 Məşhur simaların sənətə gəlmədən öncə hansı peşədə çalışmaları həmişə heyranlarının maraq dairəsində olub.Kult.az bununla bağlı araşdırmasını təqdim edir:Tanınmış prodüser Tolik (Tarix Əliyev) prodüserlik fəaliyyətinə başlamadan öncə Bulvardakı restoranların birində ofisiant kimi fəaliyyət göstərirmiş.Əməkdar artist Tahir İmanov 1997-ci ildə Rusiyanın Moskva şəhərində yaşayarkən taksi sürücülüyü edib.Əməkdar artist Bəhram Bağırzadə 16 yaşında yay tətillərində fəhləliklə məşğul olub.Əməkdar artist Mətanət İsgəndərli isə müğənni olmadan öncə Dəmir Yollarında büfetdə işləyib.Müğənni Sevda Yahyayeva anasının kiçik dükanında satıcı kimi çalışıb.Müğənni Zamiq də sənətə gəlmədən öncə satıcılıqla məşğul olub.Aparıcı Şəhriyar Əbilov restoranların birində qarovulçuluq edib.Müğənni Rəqsanə Moskvada restoranların birində qabyuyan işləyirmiş.Müğənni Niyam Salami də fəhləlik etdiyini bildirib. Facebook-da paylaş