Röya bədəninə elə bir QİYMƏT QOYDU Kİ: - “Sinəm 50 milyon, 100 milyon da...”
6-04-2017, 16:38
Səmimidir, əksər şou əhli kimi danışanda sözlərinə ütü çəkmir. Buna görə də iynəli sözləri çox vaxt başına bəla olur. Amma kim nə deyir-desin, özü demişkən Yaqub kişinin, bu qara qızı sevilir də…
Röyanı deyirəm, kişilərin röyasını qarışdıran əməkdar artist Röya Ayxanı…
Yeniçağ.az-a müsahibə verən Röya ən məhrəm sirlərini açıqladı.
– Bir çox dünya ulduzları vücudlarının gözəgəlimli əzalarını sığorta etdirir. Sənin gələcəkdə belə bir fikrin varmı?
– Hələlik bu barədə düşünməmişəm. Amma gələcəkdə belə bir fikrə düşsəm, ilk növbədə sinəmi sığorta etdirəcəm.
– Niyə məhz sinəni?
– Ona görə ki, sinəmdə xal da var, çox qəşəngdir.
– Bəs qiyməti?
– Hələ məbləği nəzərdə tutmamışam. Sinəmi zarafatla dedim. Bədənimin hansı əzasını sığorta etdirmək barədə doğrudan fikirləşməmişəm. Cünki elə bir gözəl yerim yoxdur. Amma böyük məmnuniyyətlə, səsimi sığorta etdirərdim.
– Hansı məbləğə?
– Ayyy… Çox baha. Bunu səsimdəki rəngi qorumaq üçün edərdim. Demirəm, səsim var (gülür), amma səsimin rəngi var. Amma indi gərək sığorta şirkətləri də real olsun ki, mən bu arzumu reallaşdırım.
– O rəngin qiyməti də yəqin çox başa olar?
– Əlbəttə baha, səsimi 100 milyon dollara sığorta etdirərdim.
– Bəs sinəni?
– Sən ancaq seksual suallar verirsən də. (gülür) Sinəmi 50 milyona, çünki çox möhtəşəmdir.
– Səmimiyyət başına bəla olurmu?
– Yox, olmur, rahat adamam mən. Söz-söhbətləri boş verirəm.
– Cəmiyyətdə səni ən çox nə qıcıqlandırır?
– Mən Bakıya ancaq işlərimi görmək üçün gəlirəm. Heç nədən xəbər tutmuram. Buna görə çox da problemim olmur.
– Bakıda yaşamırsan ki?
– Bakıda da yaşayıram, İstanbulda da.
– Sevgisiz yaşamaq mümkündür?
– Sevgi çoxdur həyatımda.
– Bir sevgini unudub, yenisinə başlamaq üçün Röyaya nə qədər vaxt lazımdır?
– Düşünürəm ki, bunun üçün mənə 6 ay kifayət edir. (düşünür)…yox… 9 ay.
– Bir sevgi ilə vidalaşanda depressiyaya düşürsən?
– Qətiyyən. Mən ümumiyyətlə depressiyanın nə olduğunu bilmirəm. Mən də belə adamam.
– Hesab edirsənmi ki, kişiyə görə depressiyaya düşməyə, stress yaşamağa dəyməz.
– Əlbəttə dəyər, kişi deyəndə bu siyahıda atam, qardaşım da var axı.
– Mən ata-qardaşdan danışmıram e, sevgilini nəzərdə tuturam…
– Azərbaycan kişisinə görə stress yaşamağa dəyər. Çünki azərbaycanlı oğlanlar oğuldur e… Başqa dövlətlərə gedib görəndən sonra bunu hər bir azərbaycanlı qadın başa düşəcək. Seksual suallar qurtarmadı? (gülür)
– Bir sualıma da cavab alım, mövzunu bağlayaq… Filmə dəvət etsələr, nə qədər qonorar tələb edərsən?
– Əgər qəşəng bir film olsa, ilk başlanğıcda bir qəpik də götürmərəm. İstəyərəm ki, həmin məbləğ filmin istehsalına xərclənsin. Nəticədə də ortaya mükəmməl film çıxartsınlar. Yalnız ondan sonra qonorar barədə düşünərəm.
– Erotik filmə çəkilməyə razılıq verərsən?
– Əlbəttə çəkilərəm.
– Özünü seksual xanım sayırsan?
– Yooox, aradabir…(gülür)
– Bir aylıq xərcin nə qədərdir?
– Heç soruşma, bu, mənim yaralı yerimdir. Sən birgünlük xərcdən danış, çox bədxərcəm.
– Özün xərcləyirsən, yoxsa xərcləyirlər?
– Özüm xərcləyirəm, həm də hamıya. Bütün nəsil mənim əlimə baxır. Oğluma bir kitab alıramsa, bacım uşağına, digər qohumlara da almalıyam; yaxud da geyim… Hüseynə nəsə almışamsa, o biri uşaqları da yadımdan çıxartmıram. Mən də belə insanam, neynim.