“Bu 3 azərbaycanlının yerinə mən utanıram” - Elvin+Video

13-04-2017, 09:53           

Müğənni Elvin Abdullayev evlilik verilişində iştirak edən azərbaycanlıları tənqid edib.

teref.az “Axşam.az”a istinadən xəbər verir ki, söhbət “Star TV"də yayımlanan "Zuhal Topalla" izdivaç verilişində iştirak edən azərbaycanlı iştirakçılar Əli Əkbər, Elmir İsmayılov və Naz Miladan gedir. İfaçı bu üçlüyün yerinə utandığını bildirib:

“Bu 3 azərbaycanlının yerinə mən utanıram. Orada bazar açıblar. Heç biri də o qızı özünə qadın eləyən deyil. Biri mənə başa salsın, bunlar neyləmək istəyirlər? Biri deyir, Əli mənim sevgilimi əlimdən alıb, o biri deyir, onu tanımıram…Utanmadan Azərbaycanın adını da çəkirlər. Azərbaycanın mərd, igid oğulları, əxlaqlı qızları var. Ölkəni belə təbliğ etmək olmaz”.

Qeyd edək ki, Naz Mila ilk dəfə proqramda Baha adlı türkə elçi düşüb. Cütlük nişanlanıb. Daha sonra nişanı qaytaran Naz ona gələn Əli ilə sevgi yaşayıb. Əlidən də ayrılan Mila hazırda onun dostu ilə münasibətdədir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.