Rusiya “Eurovision 2017”də iştirak etməyəcək

14-04-2017, 09:05           
Rusiya “Eurovision 2017”də iştirak etməyəcək
Avropa Yayım Şurası rəsmi olaraq bəyan edib ki, Rusiya “Eurovision 2017” mahnı müsabiqəsində iştirak etməyəcək.

teref.az Trend-ə istinadən məlumatına görə, угкщмшышщтbu bəyanat mahnı müsabiqəsinin rəsmi saytında yerləşdirilib.

Təşkilatın nümayəndələri vurğulayıblar ki, Rusiyanın bu müsabiqədə iştirak etməsinə şərait yaradacaq həll yollarını tapmağa cəhd ediblər. Bəyanatda qeyd olunur ki, Rusiyaya müxtəlif variantlar təqdim olunub:

“Rusiyalı iştirakçı Yuliya Samoylovaya videokörpü vasitəsi ilə müsabiqəyə qoşulmaq təklifi edilib. Bundan başqa, təşkilat komitəsi iştirakçını başqası ilə əvəz etməyi də təklif edib. Lakin hər iki variant Rusiyanın “Birinci kanalı” vasitəsi ilə rədd olunub. Kanalın rəhbərliyi qeyd edib ki, “Eurovision 2017” mahnı müsabiqəsini yayımlamayacaq. Bu o deməkdir ki, Rusiya müsabiqədə iştirak edə bilməyəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.