Bəstəkar Vaqif Gərayzadə tələbəsi Natavan Həbibinin rol aldığı “Hozu” filminin qala gecəsinə qatılıb.
Axşam.az-ın məlumatına görə, təqdimatlarda az görünən bəstəkar gündəmdə olmağı sevmədiyini bir daha göstərib. Belə ki, V.Gərayzadə onun şəkillərini çəkmək istəyən jurnalistlərə sərt reaksiya verib.
O, fotolarının çəkilməsini istəməyib və bunu yüksək səslə bildirib.