Rusiya “Eurovision-2018” mahnı müsabiqəsindən kənarlaşdırıla bilər

15-04-2017, 07:52           

Avropa Yayım İttifaqı Rusiyanın “Eurovision-2018” mahnı müsabiqəsindən kənarlaşdırılması məsələsini nəzərdən keçirəcək.

APA-nın xəbərinə görə, bu barədə Lenta.ru-ya AYİ-dən bildirilib. Qurumdan həmçinin bildirilib ki, “Eurovision-2017”-nin keçirilməsi hazırda əsas prioritet təşkil edir: “Yaranan vəziyyətlə bağlı qərarlar müsabiqədən sonra veriləcək”.

Avropa Yayım İttifaqı (European Broadcasting Union-EBU) bundan əvvəl rəsmi şəkildə Rusiyanın “Eurovision-2017” mahnı müsabiqəsində iştirak etməyəcəyini təsdiqləyib. “Təəssüf ki, “Birinci kanal” rəhbərliyi “Eurovision-2017” mahnı müsabiqəsini yayımlamayacağını bəyan edib. Bu isə o deməkdir ki, Rusiya bu il müsabiqədə iştirak edə bilməyəcək”, - deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, Rusiyanın “Eurovision-2017”-dəki təmsilçisi Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni Rusiyanı “Eurovision-2017”–də "Flame Is Burning" mahnısı ilə təmsil edəcəkdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.