14 sandıq Yıldırımın taleyini həll edə bilər...

1-04-2019, 18:33           
14 sandıq Yıldırımın taleyini həll edə bilər...
İstanbul üçün hesablamalar hələ ki, davam edir. Daha 14 sandıq sayılacaq. Rəqib Əkrəm İmamoğlunun 25 min səslə bizdən üstün olduğu görünür. Önəmli bir detalı paylaşmalıyam. Belə ki, 319 min 500 ləğv olunmuş səs var, aradakı fərq 25 mindir. Bu, önəmli bir detaldır”.
Teref.az xəbər verir ki, bu barədə İstanbul bələdiyyəsinin rəhbərliyi uğrunda mübarizə aparan Binəli Yıldırım jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, seçki prosesində pozuntular qeydə alınıb: “Bunu da partiyadakı dostlarım təsbit ediblər. Şübhəsiz ki, Mərkəzi Seçki Komissiyası protokolu kimə təqdim etsə, bələdiyyə rəhbəri o şəxs olacaq. Biz qalib gələni təbrik etməyi bacarırıq, lakin prosesin davam etdiyini söyləməkdə fayda var. Yəni, nəticələr dəyişə bilər”.(qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru