AKP-dən 30 il sonra ilk zəfər: Öcalanın doğulduğu məkanda

1-04-2019, 21:56           
AKP-dən 30 il sonra ilk zəfər: Öcalanın doğulduğu məkanda
PKK lideri Abdullah Öcalanın doğulduğu Şanlıurfanın Halfeti mahalında bələdiyyə seçkilərində 30 il sonra ilk dəfə HDP və ya onunla ittifaqda olmayan bir siyasi partiya qələbə qazanıb.

Teref.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Ümumilikdə 27 min 30 seçicisi olan mahalda 22 min 48 nəfər səsvermə hüququndan istifadə edib. 6 namizədin yarışdığı mübarizədə AKP və HDP namizədləri arasında qızğın rəqabət gedib. AKP namizədi Şərəf Albayraq ilkin hesablamalardan etibarən HDP namizədi Əbdürrəhman Çiftçini qabaqlayıb. Yekun nəticədə isə 11 min 172 (54.92 faiz) səs toplayan Albayraq 7 min 640 səs (37.56 faiz) toplayan rəqibini üstələyərək tarixi qələbə qazanıb. /Axar.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.