"Anadolu" səslərin 100 faizini açıqladı - İstanbulda kim qalib gəlib?

2-04-2019, 00:18           
"Anadolu" səslərin 100 faizini açıqladı - İstanbulda kim qalib gəlib?
"Anadolu" agentliyi dünən Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı İstanbul üzrə sandıqların 100 faizinin açıldığını və hesablandığını açıqlayıb.
Teref.az qafqazinfo-ya istinadən xəbər verir ki, agentliyin qeyri-rəsmi statistikasına görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu səslərin 48,79 faizini (4 milyon 169 min 987) qazanaraq qalib olub.

İqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım isə 48,51 faiz (4 milyon 146 min 42) səs toplayıb.


Beləliklə, İmamoğlu Yıldırımdan 23 min 945 səs daha çox toplayıb.

Türkiyə Mərkəzi Seçki Komissiyası isə hələlik rəsmi rəqəmləri açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru