Türkiyədə başına 4 milyon lirə qoyulmuş PKK terrorçusu məhv edilib - FOTO

19-06-2019, 07:08           
Türkiyədə başına 4 milyon lirə qoyulmuş PKK terrorçusu məhv edilib - FOTO
Türkiyədə başına 4 milyon lirə qoyulmuş PKK terrorçusu məhv edilib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, o, Bitlisdə keçirilən əməliyyat zamanı öldürülüb. Nazirliyin yaydığı açıqlamaya görə, dünən məhv edilmiş terrorçunun "Ali Piling" şərti adı ilə fəaliyyətdə olan Şerif Yakut olduğu müəyyənləşdirilib.

PKK terroçusu son 1 ildə Diyarbəkirdə, Bitlisdə, Batmanda, Muşda, Musda, Bingöldə və digər vilayətlərdə bir sıra terror aktlarını həyata keçirmək barədə tapşırıqlar verib. Şerif Yakut həmçinin PKK terrorçularına 68 Türkiyə vətəndaşının öldürülməsini tapşırıb.

PKK rəhbərlərindən biri Murad Qarailana yaxınlarından olan Yakut 27 il terror qruplaşmasının dağ bölməsində təmsil olunub. O, terrorçulara Türkiyənin təhlükəsizlik orqanlarının 59 mühafizəçisinin qətli barədə tapşırıqlar verib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru