Səadət Partiyasından AKP-yə kəskin ittiham:"Seçkiyə görə inanılmaz basqı altındayıq"
19-06-2019, 02:16
Səadət Partiyasının İstanbul şəhər təşkilatının sədri Abdullah Sevim AKP iqtidarına sərt ittihamlar yönəldib.
Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, 23 iyunda İstanbulda keçiriləcək bələdiyə seçkilərinə görə AKP tərəfindən çox ağır basqılarla üz-üzə qalıblar:
“23 iyun seçkilərindəı bizim – Səadət partiyasının öz namizədi var. Biz bu seçkini qazanmaq üçün çalışırıq. Lakin ta biz seçkiyə qatılıb, namizədimizi irəli sürdüyümüz gündən bu ana qədər AKP-nin təzyiqləri ilə qarşı-qarşıyayıq. Bu təzyiqlər, sadəcə, bizim sosial bazamıza yönəlik olsa idi…
Bəli, ən üst səviyyədən partiya başqanımıza qədər inanılmaz basqı var. Onlar bizim, namizədimizin AKP-nin namizədi Binəli Yıldırımın xeyrinə geri çəkilməmizi israr edir, bu yöndə bütün gücləri ilə basqı qururlar. Bəli, seçkini qazanmaq üçün fərqində olmadıqları hər yola əl atırlar”.
Təşkilat sədri deyib ki, bütün bunlara baxmayaraq, 23 iyun seçkisində AKP-nin qazanması mümkün deyil: “Hazırda ən az fərqi göstərən sorğu anketlərində İmamoğlu Yıldırımı 2 faiz qabaqlayır. Ümumiyyətlə, biz bu seçkidə AKP lehinə sürpriz gözləmirik”.
Xatırladaq ki, Səadət Partiyasının İstanbul bələdiyyəsinin sədrliyinə namizədi 31 mart seçkilərində 103 min səs alan Necdet Gökçınardır. Gökçinarın özü isə 10 gün əvvəl “Seçkiyə görə, hər iki oğlumu işdən çıxardılar”, – deyə bəyanat verərək, AKP iqtidarını ittiham edib.