İmamoğlunun namizədliyi ləğv edilə bilər - Ərdoğan

20-06-2019, 07:28           
İmamoğlunun namizədliyi ləğv edilə bilər - Ərdoğan
Prokurorluğun verəcəyi qərar İmamoğlunun önünü kəsə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul bələdiyyə başqanlığına namizədi Əkrəm İmamoğluya qarşı Ordu valisinin qaldırdığı iddia haqqında danışarkən bildirib.

Ərdoğan həmçinin İmamoğlu ilə Binəli Yıldırım arasında keçirilən teledebatda moderatorun ikinciyə qarşı qərəzli olmasına işarə vurub: "Moderatorun Binəli bəyin çıxışını tez-tez kəsməsi halları oldu. Binəli bəyə verdiyi zamanla rəqibə verilən zaman arasında fərq oldu. İndi kimsə bunu hiss etməyə bilər, amma biz qeydə almışıq. 26 dəfə Binəli bəyin çıxışını kəsdi, CHP-nin namizədinin çıxışını isə 10 dəfə. Belə ədalətsizlik olurmu? Çıxışı 26 dəfə kəsmək nə deməkdir. CHP-nin namizədinə 63 dəqiqə söz verirsən, AKP-nin namizədinə 59 dəqiqə. Ədalət harada qaldı?"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru