"Türk" sözünün hərflərinin mənası... - Nazarbayev açıqladı

16-10-2019, 09:16           
"Türk" sözünün hərflərinin mənası... - Nazarbayev açıqladı
Türk sivilizasiyasının dərin kökləri vardır. Əgər tarixə müraciət etsək, biz planetin ən böyük qitəsində həmişə mühüm rol oynamış xalqların xələfləriyik.

Axar.az xəbər verir ki, bu sözləri Qazaxıstanın birinci Prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı deyib.

Nazarbayev bildirib ki, Türk dünyasının müasir mərhələdə də əhəmiyyətini dərk etmək üçün dünyanın coğrafi xəritəsinə baxmaq kifayətdir:

“Qeyd etmək istərdim ki, mən ötən müddət ərzində, - 1992-ci ildən 2019-cu ilə qədər 25 ildən artıq müddətdə, - müxtəlif heyətlərlə türkdilli dövlət başçılarının 17 görüşünün hamısında iştirak etmişəm. Mən bunları əxz etmişəm: məsələn, “türk” sözü, bu sözün hər bir hərfinin mənim üçün xüsusi mənası var. Birinci “t” hərfi - trast, yəni, inamdır, “ü” - uniti, yəni, birlik, “r”- renessans, yəni, intibah və sonuncu “k” hərfi - kinşil, yəni, qohumluq. Bu anlayışa əsaslanaraq mənim birlik daxilində işimin məqsədi ölkələrimizi yaxınlaşdırmaq olub və buna görə də mən çox şadam ki, birgə səylərlə bu məqsədə nail olmuşuq.

Bizim 160 milyona yaxın sayda qardaşlıq ailəmiz möhkəmlənir, genişlənir və inkişaf edir. Bununla yanaşı, hamımız bilirik ki, bu gün dünyada iri dövlətlər arasında qarşıdurma və etimad böhranı nəticəsində mürəkkəb geosiyasi vəziyyət yaranıb. Bəzən bizim Şuranın ölkələri arasında da öz həllini tələb edən məsələlər yaranır. Əlbəttə, belə şəraitdə biz əllərimizi yanımıza salıb oturmuruq. Birlikdə həll yollarını tapmışıq və həll etmişik. Həmişə də belə olmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru