Bu tarixdən Özbəkistan tam olaraq latın əlifbasına keçir

7-07-2021, 09:56           
Bu tarixdən Özbəkistan tam olaraq latın əlifbasına keçir
Özbəkistanın Baş naziri Abdulla Aripov ölkə müstəqilliyinin 30 illiyinə hazırlıqla bağlı bu il avqustun 1-dən tam olaraq latın əlifbasına keçməklə bağlı göstəriş verib.

AZƏRTAC xəbər verir ki, dövlət orqanları iyul ayının sonunadək şəhər, küçə, məhəllə, kənd, nazirlik, komitə, digər idarə və təşkilat adlarının, rəsmi sənəd və yazışmaların, müxtəlif blankların, kargüzarlıq sənədlərinin, kitab və qəzetlərin, reklam və elanların latın əlifbasında yazılışını və çapını təmin etməlidirlər.

Xatırladaq ki, bu il fevralın 10-da Özbəkistan Nazirlər Kabinetinin qəbul etdiyi sənədə görə ölkə tam olaraq latın əlifbasına 2022-ci ilin sonunadək keçməli idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru