Türkiyə və Rusiya Suriyanın müəyyən hissəsində öz maraqlarını qorumağa çalışacaq.
Axar.az xəbər verir ki, bu barədə Ktovkurse.com-da məqalə dərc edilib.
"Rusiyanın 28 fevralda Suriyada atəşkəsin pozulmasında Türkiyəni ittiham etməsi iki ölkə arasında münasibətlərin bərpasını daha da çətin duruma saldı. Bir növ yaxınlaşmanın qarşısı alındı. Moskva və Ankara şifahi də olsa, bir-birini ittiham etdilər.
Bundan öncə isə tərəflər Su-24 olayı ilə bağlı bir-birlərinə qarşı sanksiylar tətbiq etmişdilər. Təəccüb doğuran məqam isə bundan ibarətdir ki, Rusiya Türkiyəyə təbii qaz ixracında ciddi əngəl yaratmır. Ancaq Kreml sanksiyaları tətbiq etməklə Rusiya əhalisini inandırmağa çalışır ki, Türkiyə düşmən ölkədir.
Türkiyəyə qarşı sanksiyalar neft və qazın qiymətinin artırılması ilə tətbiq edilmiş olacaq. Üstəlik, miqrant axınının güclənməsi fonunda qiymətlərin artırılması Türkiyəni daha da çətin duruma sala bilər", - məqalədə qeyd edilib.