Terror Türkiyədə yenə can aldı

22-03-2016, 17:49           
Terror Türkiyədə yenə can aldı
Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 1 nəfər polis şəhid olub, 3 nəfər polis əməkdaşı isə yaralanıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, Mardin vilayətinin Mazıdağı qəsəbəsi yaxınlığındakı magistral yola PKK terrorçularının yerləşdirdikləri partlayıcı qurğu zirehli polis avtomobili hərəkət edən zaman uzaqdan idarə olunan pultla işə salınıb. Nəticədə 1 nəfər polis əməkdaşı şəhid olub, 3 nəfər polis əməkdaşı isə xəsarət alıb.

Yaralı polislər təcili tibbi yardım maşınları ilə Mazıdağı və Mardindəki xəstəxanalara yerləşdirilib.

Təhlükəsizlik qüvvələri hücumu təşkil edən PKK-çıların zərərsizləşdirilməsi üçün əməliyyatlara başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru