Qocaman “qrossmeystr” siyasətə qayıdır? – “Ərdoğan incə mesaj verdi ki...”

10-03-2022, 19:15           
Qocaman “qrossmeystr” siyasətə qayıdır? –
“...Dövlətin rəsmisi olaraq Tokayevi yox, Nazarbayevi görür”

“Qazaxıstandakı son hadisələr Türkiyə, Azərbaycan və Turan birliyinə ziyan verib”

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev diplomatik forumda iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə gedib.
Bu barədə Nazarbayevin mətbuat katibi məlumat yayıb.
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Nursultan Nazarbayev forumda iştirak etmək üçün Antalyaya gedib. Antalya forumu qlobal və regional məsələlərdə fikir mübadiləsi üçün diskussiya meydanıdır", - deyə mətbuat katibi qeyd edib.

Qeyd edək ki, Qazaxıstan Təhlükəsizlik Şurasının ömürlük sədri Nursultan Nazarbayev idi. Yanvarın 5-də verilmiş fərmana görə, Prezident Kasım Toqayev konstitusiyanın 70-ci maddəsinə uyğun olaraq hökumətin istefasını qəbul edib. N. Nazarbayev vəzifədən uzaqlaşdırılır. Onun Antalyadakı sammitdə iştirakı siyasi həyata qayıdış kimi dəyərləndirilə bilər.

Türkiyənin Nursultan Nazarbayevi dəvət etməsini “Sherg.az”a açıqlamasında ciddi məqam kimi qiymətləndirən Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan bununla incə mesaj verdi:

“Bunar Nazarbayevin Qazaxıstanda baş verənlərdən sonra ictimaiyyətdə və xaricdə ilk görüntüləri idi. Ərdoğan demək istəyir ki, dövlətin rəsmisi olaraq Tokayevi yox, Nazarbayevi görür. Qazaxıstandakı son hadisələr Türkiyə, Azərbaycan və Turan birliyinə ziyan verib. Çünki hakimiyyətə kimin gəlməyindən asılı olmayaraq rusların ordu qismində həmin hadisələrdə iştirakı baş verdi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilk dəfə başqa ölkəyə daxil olub. Guya asayişi pozanların qarşısını aldı. Bir sözlə, bu dəvət Nazarbayevin blokadadan çıxıb siyasi həyata qayıdışıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.