İslyamov Ukraynadan Türkiyəyə qaçıb

11-03-2022, 12:27           
İslyamov Ukraynadan Türkiyəyə qaçıb
Krımın enerji blokadasının təşkilatçısı Lenur İslyamov Ukraynanı tərk edib və Türkiyədədir.

Axar.az xəbər verir ki, bunu Krım tatarlarının regional milli-mədəni muxtariyyətinin rəhbəri Eyvaz Umerov bildirib.

“Türkiyənin yüksək rəhbərliyindəki yaxın adamlardan məlumat daxil olub. Bu günlərdə Lenur İslyamov Ukraynanı Polşa sərhədi vasitəsilə tərk edib. Son təyinat Türkiyə olub. O, Türkiyənin İnterpol əməkdaşları tərəfindən saxlanılıb”, - Umerov bildirib.

Qeyd edək ki, 2020-ci ildə Krımın Ali Məhkəməsi İslyamovu yarımadanın enerji blokadasını təşkil etməkdə təqsirli bilib və qiyabi olaraq 19 il həbsə məhkum edib. Cəzanın çəkilmə müddətinin başlanmasına ekstradisiya edildiyi andan baxılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru