Türkmənistanda növbədənkənar prezident seçkiləri keçirilir

12-03-2022, 09:37           
Türkmənistanda növbədənkənar prezident seçkiləri keçirilir
Türkmənistanda növbədənkənar prezident seçkilərində səsvermə üçün seçki məntəqələri bu gün yerli vaxtla səhər saat 7-dən açılıb.

AZƏRTAC xəbər verir ki, ölkə üzrə ümumilikdə 2577 seçki məntəqəsi yaradılıb. Vətəndaşların təhlükəsizliyi üçün burada sanitar-profilaktik tədbirlər həyata keçirilib, 300-dən çox sahə innovativ dezinfeksiya cihazları ilə təchiz edilib.

Paytaxt vətəndaşları vilayət və rayonlarda yaşadıqları ərazi üzrə səs verirlər. Artıq 2726 milli müşahidəçi, eləcə də MDB-dən olan müşahidəçilər missiyası seçkiləri izləməyə başlayıb.

Bütün seçki məntəqələrində populyar müğənnilərin, yaradıcı kollektivlərin çıxışları təşkil olunur.

Səsvermə saat 19:00-dək keçiriləcək.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasında Türkmənistan prezidenti postuna ümumilikdə doqquz namizəd qeydə alınıb. Üç namizəd siyasi partiyalar, altı namizəd isə vətəndaşların təşəbbüs qrupları tərəfindən irəli sürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru