Türkşünas erməni: “Türkiyə- Ermənistan yaxınlaşması Ermənistanın dağıdılması deməkdir”

14-03-2022, 18:30           
Türkşünas erməni:
Erməni türkşünas alim Ruben Melkonyan hər zaman hakimiyyətin əleyhinə fikirlər səsləndirməsi ilə gündəmə gəlib. O, ən sərt fikirlərindən biri heç bir sistemdə məğlub olmuş, ölkəni məhv etmiş hakimiyyətin idarəetməni davam etdirməsi olmayıb fikirləri idi:“Bu təkcə cəmiyyətin, siyasi qüvvələrin problemi deyil. Bu, məhz hakimiyyətin də problemidir. Futbol komandasının məşqçisi uğursuz olursa, istefa verir və gedir, bizdə isə dediyim kimi tamam başqa hekayə var. Bu hakimiyyət hakimiyyətdə qalmaqda davam edir və Ermənistan hər gün nüfuzdan düşür. Təsəvvür edirsiniz, Ermənistan hər gün nüfuzdan düşür və bu hakimiyyətin təmkinliliyi artmaqda davam edir? Bu adamlar lağ edirlər, gülümsəyirlər, amma bunu ancaq Ermənistan vətəndaşlarına qarşı edirlər. Axı siz cəsarətli deyilsiniz, heç bir mənada cəsarətli deyilsiniz, məğlub olmuş uğursuz hakimiyyətsiniz. Sizin çöldə heç nəyiniz yoxdur, nə mandat?! Lukaşenko da, digəri də tənqid edə bilərlər və hamı tənqid edə, təhqir edə bilər, çünki siz əslində cəsarətli deyilsiniz”, - söyləmişdi.

Türkşünas alimin son açıqlaması da hakimiyyətlə barışmaz qütblərdə olduğunu sərgiləyir: :“Türkiyə yalnız və yalnız Qarabağdan, “soyqırımı”ndan imtina edəcək Ermənistanla münasibətləri normallaşdıracaq”.

Adalet.az “Novost dnya” You-Tube kanalına istinadən xəbər verir ki, Ruben Melkonyanın növbəti Focebook paylaşımı bunu təsdiq edir

Türkşünas alim izləyicilərini inandırmağa çalışır ki, ötən 30 ildə Türkiyə Ermənistanla məhz ona görə münasibət qurmaq istəməyib ki, Ermənistan qeyd olunanlardan imtina etməyib.

“Bəli, 680 minlik hakimiyyət, siz tarix yazırsınız, amma bu, Ermənistanın dağıdılmasının tarixidir”, - deyə Melkonyan bildirib.

Qeyd edək ki, R.Melkonyan Ermənistan- Türkiyə yaxınlaşmasını həmişə “fəlakət ” kimi dəyərləndirib. O bu prosesin başlanğıcında belə bir fikirdə söyləmişdi:”Biz yaxın vaxtlarda Ermənistanın "erməni soyqırımı"nın beynəlxalq aləm tərəfindən tanınmasını rədd etməsinin şahidi olacağıq.Bunların hamısı Ermənistan və Türkiyə arasında sərhədlərin açılması üçün ediləcək. Daha sonra türklər Türkiyənin, eləcə də Azərbaycanın ərazi bütövlüyünün tanınması və torpaq iddialarından əl çəkmək tələbi ilə Ermənistan qarşısında çıxış edəcək”.
Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.