"Qərb, xüsusən də ABŞ Rusiyaya amansız hücum edir" - Ərdoğan

12-11-2022, 16:23           
"Qərb, xüsusən də ABŞ Rusiyaya amansız hücum edir" - Ərdoğan
Rusiya sıradan bir dövlət deyil, güclü dövlətdir. Qərb, xüsusən də ABŞ Rusiyaya demək olar ki, amansız hücum edir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan səfərindən geri dönərkən jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, bu halda Rusiya müqavimət göstərir.

“Biz burada taxıl dəhlizinin açılmasından sonra sülh dəhlizini aça bilərik deyə düşünürdük. Bunun üçün ən yaxşı yol dialoqdan sülhə gedən yol ola bilər. Təbii ki, burada təkcə cənab Putinin fikirləri kifayət deyil. Zelenski ilə də danışacam”, - deyə o bildirib.

Ərdoğan əlavə edib ki, hal-hazırda ən vacib məsələlərdən biri Taxıl koridorunun işlək qalmasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru