Türkiyə illərdir axtardığı FƏTO-çunu Azərbaycanda tapdı – VİDEO

13-11-2022, 00:08           
Türkiyə illərdir axtardığı FƏTO-çunu Azərbaycanda tapdı – VİDEO
Türkiyənin axtardığı FƏTO-çu Azərbaycanda ələ keçirilib.

Lent.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir. Məlumatda bildirilir ki, Uğur Dəmirok 2016-cı il 15 iyul gecəsi hərbi çevrilişə cəhddən sonra ölkəni tərk edib.

Bu illər ərzində Türkiyənin Milli İstihbarat Təşkilatı onun saxlanılması üçün axtarış elan edib. U. Demirok “silahlı qruplaşma yaratmaq və onu idarə etmək”də təqsirli bilinir.

Məlumata görə, U. Dəmirok MİT-in Azərbaycanda keçirdiyi əməliyyatla saxlanılaraq, Türkiyəyə təhvil verilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru