“Müttəfiqimiz Türkiyə ilə həmrəyik” - NATO-nun baş katibi

14-11-2022, 07:54           
“Müttəfiqimiz Türkiyə ilə həmrəyik” -
NATO müttəfiqi Türkiyə ilə həmrəydir.

“Report” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq tviter hesabında yazıb.

O, İstanbulda baş verən terror aktının görüntülərindən şoka düşdüyünü qeyd edib. “Bütün zərərçəkənlərə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm. NATO müttəfiqi Türkiyə ilə həmrəydir”, - Stoltenberq sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, bu gün Türkiyədə törədilən terror aktında 81 nəfər xəsarət alıb, 6 nəfər ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru