MHP rayon təşkilatının sədri partlayışı törədən qadınla telefonda danışıbmış... - İLGİNC

15-11-2022, 17:39           
MHP rayon təşkilatının sədri partlayışı törədən qadınla telefonda danışıbmış... - İLGİNC
MHP rayon təşkilatının sədri partlayışı törədən qadınla telefonda danışıbmış...
İstanbulda 6 nəfərin öldüyü, 81 nəfərin yaralandığı terror aktı ilə bağlı ifadələri alınanlar arasında Milliyətçi Hərəkat Partiyası (MHP) Şırnak bölgəsi Güçlükonak rayonu təşkilatının sədri Mehmet Emin İlhanın da olduğu məlum olub.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin “T24” nəşri məlumat yayıb.
Bildirilib ki, polis İlhanın öz adına qeydiyyatda olan telefon nömrəsindən terrorçu Əhlam Əlbəşirlə 2 dəfə əlaqədə olduğunu müəyyən edib və buna görə də o, ifadə verməyə çağırılıb.
M.E.İlhan açıqlamasında ifadə verdiyini təsdiqləyib:
“Terror təşkilatı bizimlə oyun oynamağa çalışıb. Hazırda uyğun deyiləm, danışmaq istəmirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru