SON DƏQİQƏ! Yunanıstan Türkiyəni açıq şəkildə TƏHDİD ETDİ: "Darmadağın edəcəyik!"

29-01-2023, 13:08           
SON DƏQİQƏ! Yunanıstan Türkiyəni açıq şəkildə TƏHDİD ETDİ:
Rəsmi Afinadan gələn qalmaqallı açıqlamalarla Egeydəki gərginlik artmağa davam edir.

Musavat.com xəbər verir ki, bu dəfə Yunanıstanın İnkişaf və İnvestisiyalar naziri Adonis Georgiadis Türkiyəni hədəf alıb və Ankaranı açıq şəkildə təhdid edib.

Georgiadis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana "Bir gecə qəfil gələ bilərik" xəbərdarlığına münasibət bildirib:

"Hər dəfə bu sözləri eşidəndə gülürük. Cənab Ərdoğana bildirmək istəyirəm ki, gecə, günorta və ya səhər gəlməyə cəsarət etsələr, "Rafale" və "Viper" Türkiyə Hərbi Hava Qüvvələrini darmadağın edəcək”.

Yunan nazir “Sülh istəyirsənsə, döyüşə hazır ol” Roma atalar sözünə inandığını vurğulayıb:

“Mən Ərdoğana deyirəm ki, Yunanıstanla qarışa bilməzsən. Mitsotakis gəlib Silahlı Qüvvələri gücləndirdi. Torpedalar aldıq, freqatlar sifariş etdik, Fransa və ABŞ ilə ittifaq bağladıq”.

Qeyd edək ki, 2022-ci il Yunanıstan üçün silahlanma ili olub. Bir çox silah sövdələşməsinə imza atan Afina rəhbərliyi bir tərəfdən açıqlamaları ilə Türkiyəni hədəf alır, digər tərəfdən isə hərbi texnikalara milyardlarla dollar xərcləyir.

Yunanıstan silahlanmaya 2019-cu ildə 500 milyon, 2020-ci ildə 530 milyon, 2021-ci ildə 2,52 milyard avro xərclədiyi halda, 2022-ci ildə bu rəqəm 3,37 milyard avroya çatıb.

Afina administrasiyası 2019-cu ilin iyul ayından bəri 172 silahlanma proqramı üçün 14,4 milyard avro dəyərində müqavilə imzalandığını açıqlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.