Hicabı tənqid edilən jurnalist məhkəməyə müraciət etdi

7-07-2023, 00:15           
Hicabı tənqid edilən jurnalist məhkəməyə müraciət etdi
Türkiyənin özəl kanallarından birinin müxbiri Məryəm Nes Mərcan bazarda reportaj edərkən vətəndaş onun hicabını tənqid edib.

32gun.az xəbər verir ki, jurnalist qadını məhkəməyə verib. Məhkəmədə çıxışı zamanı Meryem olayın necə baş verdiyini danışıb:

"Bazarda çəkiliş edirdim. Vətəndaşa mikrafonu uzadaraq "nə alırsınız?" deyə sual ünvanladım. O isə qarşılığında operatorum və mənə kobud şəkildə "siz kimsiniz ki çəkiliş edirsiniz?" dedi. Daha sonra yanıma yaxınlaşaraq "başını aç bir az oksigen getsin. Səndə oksigen çatışmazlığı var" dedi. Eşitdiyim sözlər qarşısında təəccüblənərək hicabımı açmağımı istədiyini soruşduqda o "bəli, hər yerini" dedi.

Vətəndaşdan şikayətçiyəm. Hicaba edilən təhqir mənə görə mini ətəyə edilən təhqirə bərabərdir. Heç kim insanların geyim tərzini təhqir edə bilməz".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru