Dəhşətli hadisə: Evdən ana və oğlun meyiti tapıldı

7-07-2023, 12:04           
Dəhşətli hadisə: Evdən ana və oğlun meyiti tapıldı
İzmirdə dəhşətli hadisə baş verib.

32gun.az xəbər verir ki, şəhərin Konak adlanan ərazisində qonşular mənzildən pis qoxunun gəlməsi ilə bağlı polisə və təcili yardıma müraciət edib.

Müraciət əsasında hərəkətə keçilib.

Mənzilə çilingər vasitəsilə daxil olan əməkdaşlar ana Suzan Gürzeren (88) və oğlu Yalçın Suat Gürzerini (52) yerdə hərəkətsiz vəziyyətdə tapıblar.
Səhiyyə əməkdaşlarş ana və oğlunun öldüyünü təyin edib.

Hadisə yeri araşdırma qrupları və prokurorluq araşdırmalarından sonra ana və oğulun cəsədləri ölüm səbəblərinin müəyyən edilməsi üçün İzmir Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb.

İstintaqın başladığı bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru