Türkiyədə azərbaycanlı aktyorun güllələnərək öldürülməsi ilə bağlı yeni xəbər (VİDEO)

7-07-2023, 12:34           
Türkiyədə azərbaycanlı aktyorun güllələnərək öldürülməsi ilə bağlı yeni xəbər (VİDEO)
İstanbulub Fatih Beyazıt bölgəsində qarşıdurma zamanı yoldan keçən azərbaycanlının vurularaq öldürülməsi ilə bağlı açılan iddiada 3 nəfərin azadlğa çıxması ilə bağlı qərar verilib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, həmçinib məhkəmə güllənin hansı silaha aid olduğunun müəyyən edilməsi ilə bağlı hesabat verilməsinə qərar verib.

23 may 2022-ci il tarixində Fatih Beyazıtda iş yeri olan 2 düşmən qruplaşmanın silahlı qarşıdurması zamanı yoldan keçən Azərbaycan əsilli Kamran Dadaşzadənin qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi davam etdirilib. İstanbul 31-ci Ağır Cəza Məhkəməsində keçirilən iclasda 5 məhbus şübhəli və 6 həbssiz şübhəli iştirak edib.
İstanbul 31-ci Ağır Cəza Məhkəməsində keçirilən iclasda 5 məhbus şübhəli və 6 həbssiz şübhəli iştirak edib. İclasda təqsirləndirilən şəxslərin vəkilləri də iştirak edib.Məhkəmə ekspertizanın materialda olduğunu bildirib. Ekspertiza rəyinə görə, hadisə zamanı ilk atəşi kənardan Mustafa Korkular açıb və iş yerinin girişinə doğru yönəlib, Kərim Öztürk iş yerindən atəş açıb və nəticədə polis əməkdaşı G.K kürəyindən güllələnib.

Bu zaman Polat Öztürkün də iş yerindən atəş açdığı, küçədən keçən qurbanın isə güllələndiyi bildirilib.

Təsadüf nəticəsində hadisə yerində olan K.Dadaşzadə baş nahiyəsindən güllə yarası alıb. O, dərhal xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.