Moskva ilə bağlı bu addıma imkan vermədik

9-07-2023, 00:19           
Moskva ilə bağlı bu addıma imkan vermədik
Türkiyə Moskva ilə münasibətləri korlamaq istəyənlərə imkan vermədi.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bayburtda çıxış edərkən deyib.

O bildirib ki, Ankara ilk gündən balanslaşdırılmış siyasətə sadiq qalıb:

“Hərbi lobbi” ölkədəki müxalifətdən istifadə edərək, bizi oda atmağa çalışdı. Biz buna imkan vermədik. Ukrayna ilə münasibətlərimizi gücləndirərək, Rusiya ilə əlaqələrimizi korlamaq istəyənlərə fürsət vermədik. Cənab Putinlə sıx dialoqu davam etdiririk”.

O əlavə edib ki, avqustda Rusiya lideri Vladimir Putinlə görüşü səbirsizliklə gözləyir:

"Dünən biz Ukrayna Prezidenti Zelenskini qəbul etdik və avqustda, inşallah, cənab Putinlə görüşəcəyik. Biz ölkəmizi il qarımdır davam edən müharibənin mənfi nəticələrindən qorumağa çalışırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru