İKİ BOZ QURD – YAVAŞ və ALTINOK

19-01-2024, 10:54           
İKİ BOZ QURD – YAVAŞ və ALTINOK
R.T.Erdoğan bu gün bəzi bələdiyyələrə AKP-nin namizədlərini elan etdi.
Paytaxtın Keçiörən Bələdiyyə Başqanı Turqut Altınok Ankaradan namizəd göstərildi.
Yeni namizəd AKP-dən göstərilsə də o, Milliyətçi Hərəkat Partiasından (MHP) gəlir, milli cəbhənin ən güçlü isimlərindən biridir. Altınok Azərbaycan sevdalısı kimi tanınır, onun ölkəmizin müxtəlif dairələri ilə yaxşı əlaqələri var.
T.Altınokun əsas rəqibi Ankaranın indiki Bələdiyyə Başqanı Mansur Yavaşdır.
M.Yavaş Bələdiyyə Başqanlığna müxalifətdəki CHP-dən seçilsə də o da Altınok kimi MHP-dən gəlir.
Qəribə bir mənzərə yaranıb.
Bələdiyyə seçkilərində Türkiyə paytaxtının Bələdiyyə rəisliyinə AKP-li və CHP-li namizəd yarışsalar da əslində mübarizə iki MHP-li, yəni iki Boz Qurd arasında keçəcək…
İbrahim Nebioğlu
TEREF: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru