Mitsotakis Davosdan mesaj verdi: Türkiyə ilə...

19-01-2024, 15:48           
Mitsotakis Davosdan mesaj verdi: Türkiyə ilə...
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ölkəsinin Türkiyə ilə müsbət atmosferi gücləndirməyə çalışacağını bildirib.

Publika.az xəbər verir ki, Mitsotakis Davosda Dünya İqtisadi Forumunda etdiyi çıxışında, keçən il Türkiyədə baş verən zəlzələlərdən sonra Yunanıstanın Türkiyə ilə münasibətlərdə yumşalma olduğunu bildirib.

Yumşalmaların davam etdiyini bildirən Mitsotakis qeyd edib ki, son illərdə Türkiyə siyasətində dramatik dəyişikliklər olub:

“Bununla belə, nikbin olmaq və ölkələrimizin atdığı müsbət addımları daha da gücləndirmək istəyirəm. İki ölkə arasında yeganə əhəmiyyətli problem olaraq xarakterizə edilən dəniz yurisdiksiyalarının sərhədlərinin çəkilməsi məsələsi həll edilməyib. Bu problemə baxmayaraq, müsbət gündəmə diqqət yetirmək lazımdır”.

Mitsotakis həmçinin Qəzzada dinc əhali arasında itkilərin artmasından narahatlığını ifadə edib və qurbanlar arasında çoxlu uşaqların olduğunu vurğulayıb.

Aysel Şahmar












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru