Qazaxıstan vahid saat qurşağına keçir - Nə dəyişir?

20-01-2024, 11:54           
Qazaxıstan vahid saat qurşağına keçir -
Martın 1-i saat 00:00-dan Qazaxıstan vahid vaxt qurşağına - UTC+5 (Bakı vaxtı ilə +1 saat) rejiminə keçəcək.

"DogruXeber.az" xəbər verir ki, bu barədə respublikanın Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hazırda Qazaxıstanda iki saat qurşağı istifadə olunur - UTC+5 və UTC+6.

Ticarət Nazirliyi açıqlayıb ki, Qazaxıstanda vahid saat qurşağını müəyyən edən dəyişikliklər "Qazaxıstan Respublikası ərazisində vaxtın hesablanması qaydası haqqında" hökumətin qərarında edilir. Qərara əsasən, təyin olunmuş vaxtda Astana, Almatı, Çimkent, Akmola, Almatı, Cambıl, Qaraqanda, Kostanay, Pavlodar, Şimali Qazaxıstan, Türküstan, Şərqi Qazaxıstan vilayətlərinin və Abay, Jetısu və Ulıtau bölgələrinin akimatları (rayon dövlət administrasiyaları) yerli vaxtı bir saat geri çəkməlidirlər.

Press-relizdə bildirilir ki, Qazaxıstanda vahid saat qurşağının yaradılması təklifi vaxtın hesablanması məsələləri üzrə işçi qrupunun tərkibində olan qazax alim və ekspertləri tərəfindən irəli sürülüb. Bildirilir ki, işçi qrup daha əlverişli saat qurşağına keçidlə bağlı vətəndaşların çox saylı müraciətlərindən sonra yaradılıb. Qrupun tərkibinə, xüsusən də elmi institutların, tibb universitetlərinin, mərkəzi və yerli dövlət orqanlarının nümayəndələri, parlamentin deputatları daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru