KİV: Putin Türkiyəyə fevralın 12-də səfər edə bilər
20-01-2024, 18:18
Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə fevralın 12-də səfər edə bilər.
Bu barədə “Türkiye” qəzeti məlumat yayıb.
Qəzet səfərin təfərrüatları bildirməyib.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirmişdi ki, Rusiya Prezidentinin Türkiyəyə səfərinin tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılır.