Türkmənistanda spirtli içkilər niyə qəfil ucuzlaşdı? – Şok səbəb

20-01-2024, 18:38           
Türkmənistanda spirtli içkilər niyə qəfil ucuzlaşdı? – Şok səbəb
Yanvarın 18-dən Aşqabad (Türkmənistanın paytaxtı) mağazalarında spirtli içkilərin qiymətləri ucuzlaşıb.

Bu barədə ölkənin Ticarət və Xarici İqtisadi Əlaqələr Nazirliyindən bildirilib.

Yanvarın əvvəlində spirtli içkilərin qiyməti iki dəfə artıb. Məsələn, türkmən şərabları bir şüşə üçün 7-10 türkmən manatından (1 türkmən manatı təxminən 0,5 AZN-dir) 10-15 manata qədər bahalaşıb. Alıcılar iddia edirlər ki, şərabların əksəriyyəti üzümdən yox, Çindən gətirilən tozdan hazırlanır.

Konyak 30-50 manatdan 35-60 manata, araq 30-35 manatdan 60 manata, litrlik şüşələrdəki bahalı araq 100 manatdan 150 manata, pivə 15-20 manatdan 30-40 manata qədər bahalaşıb.

Qiymətlər təxminən əvvəlki səviyyəsinə qayıdıb.

Yanvarın 9-da yerli mətbuat Türkmənistanın bəzi bölgələrində yerli araqların qiymətinin iki dəfə artdığını yazıb. Məsələn, yanvarın 4-də Mardakı şəxsi mağazalarda 33 manata satılan 0.5 litrlik “Arassa” arağı indi 50 manatdır.

Yanvarın 1-dən ölkədə spirtli içkilərə aksiz vergiləri növbəti dəfə artırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru