İstanbulda silahlı hücum: İki motosikletçi insanlara atəş açdı - VİDEO
22-01-2024, 09:04
Türkiyənin İstanbul şəhərində motosikletli iki nəfər küçədə hərəkətdə olarkən insanlara atəş açıb.
Hadisə zamanı bir nəfər ayağından yaralanıb, iki güllə isə hadisə yerində olan avtomobilə dəyib.
Qeyd olunur ki, motosikletli iki nəfər küçədə hərəkətdə olarkən səkidə olan insanlara atəş açıb və oradan uzaqlaşıb.
Bir nəfərə güllə dəyib və ayağından yaralanıb. Hadisə yerinə polis və tibb dəstələri göndərilib.
Polis əməkdaşları qaçan şübhəlilərin tapılması üçün əməliyyata başlayıblar. Şübhəlilərin motosiklet sürərkən atəş açdığı anlar təhlükəsizlik kamerasına düşüb.