Hakan Fidan ABŞ-a getdi

22-01-2024, 10:34           
Hakan Fidan ABŞ-a getdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-a səfər edib.

"Cebhe.info" xəbər verir ki, səfərlə bağlı Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının yanvarın 23-də Nyu-Yorkda keçiriləcək iclasında iştirak edəcək. İclasda İsrail-Fələstin qarşıdurması müzakirə olunacaq.

Səfər çərçivəsində Türkiyənin XİN rəhbərinin ikitərəfli görüşlər keçirməsi gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.