Qazaxıstanda hansı dildə danışmalıdırlar?

23-01-2024, 00:11           
Qazaxıstanda hansı dildə danışmalıdırlar?
Son illərin müşahidəsi göstərir ki, Rusiyada şovinizmin avanqard gücü erməni separatizmi ilə bağlı olanlardır. Kremlin əsas dezinformasiya ruporlarından olan Marqarita Simonyana və Vladimir Solovyova digər ermənipərəst jurnalist Tina Kandelaki də qoşulub. Bir müddət əvvəl onu Rusiyanın TNT televiziya kanalına elə ona görə rəhbəri təyin ediblər ki, Kremlin “mesajlarını” müxtəlif ünvanlara çatdırsın. Siyasətdən başı çıxmayan Tina Kandelaki keçmiş illərdə Qarabağ separatçılarına informasiya dəstəyi verirdi, biz bu məsələni bitirdikdən sonra yeni hədəf seçib. Tina Kandelaki son statuslarında Qazaxıstanı və qazaxları aşağılayıb, “manqurd” ifadəsindən belə istifadə edib. Kandelakini qəzəbləndirən budur ki, Niyə Qazaxıstanda qazax dili rus dilini sıxışdırmağa başlayıb. Rus şovinistləri SSRİ-nin dağıldığını və müstəqil dövlətlərin müstəqil siyasət yürütməsini hələ də həzm edə bilmirlər. Qazaxıstanda hansı dildə danışmalıdırlar? Dövlətin qanunu var, hamı ona riayət etməlidir. Qazaxların çoxu rus dilində sərbəst danışır, ancaq öz dilləri var, yer adlarını dəyişməkdə də sərbəstdirlər. Əslində Ukraynaya qarşı işğalçı müharibəyə başlayan şovinist düşüncə tərzi Qazaxıstan kimi dövlətlər üçün də təhlükədir. Qazaxıstan müstəqilliyini gücləndirməklə yanaşı türk dünyasının formalaşmasına və inteqrasiyasına marağını artırmaqla da şimaldan gələn təhlükədən sığortalana bilər.
Elxan Şahinoğlu
TEREF: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru