“Kurtlar Vadisi” yenidən efirə qayıdır?

23-01-2024, 19:03           
“Kurtlar Vadisi” yenidən efirə qayıdır?
Türkiyənin əfsanəvi seriallarından olan “Kurtlar Vadisi” yenidən başlaya bilər.

“Cebhe.info” xəbər verir ki, 7 ildən çoxdur ekranlarda olmayan layihə ilə bağlı sürpriz iddia yayılıb.

Sosial şəbəkələrdə və türk mediasında yer alan xəbərlərə əsasən, “Kurtlar Vadisi” bu il başlaya bilər.

Serialın “Kurtlar Vadisi Kaos” adı ilə ekranlara qayıtması gözlənilir. İzləyicilərin böyük həyəcanına səbəb olan iddialarla bağlı “Pana Film” və Necati Şaşmaz tərəfindən heç bir rəsmi açıqlama verilməyib.

Lakin son günlərdə serialın çəkilişlərinin başlayacağı barədə yayılan informasiya və paylaşımlar artmaqdadır. Üstəlik, Necati Şaşmazın komandasını və çəkiliş heyətini yenidən bir araya gətirdiyi ilə bağlı xəbərlər də bu iddiaları daha da gücləndirib.

Qeyd edək ki, “Kurtlar Vadisi Kaos”un konkret olaraq nə zaman və hansı kanalda yayıma başlayacağı ilə bağlı isə dəqiq məlumat yoxdur.

Amma ekran işinin baş rollarında Necati Şaşmaz, Defne Samyeli, Erhan Ufak, Cahit Kayaoğlu və Ertuğrul Şakarın olması gözlənilir. Həmçinin, heyətdə bir çox sürpriz məşhurların olacağı da proqnozlaşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.