Qorxunc cinayət - Bir kişi iki qadını çoxsaylı bıçaq zərbələri vurub, qaçdı

24-01-2024, 10:04           
Qorxunc cinayət - Bir kişi iki qadını çoxsaylı bıçaq zərbələri vurub, qaçdı
Fatihdə qorxunc hadisə baş verib.

32gun.az Türkiyə KİV-nnə istinadən bildirir ki, mənzildə yaşayan iki Özbəkistanlı qadın bir kişi tərəfindən çoxsaylı bıçaq zərbələri alıb.

Xəstəxanaya yerləşdirilən qadınlardan biri Şahnoza Kurbonova dünyasını dəyişib. Digər yaralı qadının müalicəsi davam etdirilir.

Hadisə ilə bağlı məlumatda bildirilir ki, Şahnoza Kurbonova rəfiəqsi ilə kiryə qaldığı evinə gələn kişi ilə mübahisə edib. Mübahisə böyüdükcə şübhəli şəxs iki qadına bıçaqla çoxsaylı zərbələr vuraraq evdən qaçıb.
Xəbər verildikdən sonra hadisə yerinə gələn tibb qrupları yaralı qadınlara ilkin tibbi yardımdan sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıblar.

Hadisə yerindən qaçan şübhəli polislər tərəfindən nəzarətə alınıb. Prokurorluğun göstərişi ilə hadisənin baş verdiyi mənzilə möhür vurulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru