Sabiq nazir yayılan iddialara cavab verdi

24-01-2024, 00:10           
Sabiq nazir yayılan iddialara cavab verdi
Türkiyə Mərkəzi Bankının sədri Hafize Qaye Erkan son günlər atasının Mərkəzi Bankın əməkdaşını işdən çıxarması ilə bağlı müxtəlif iddialarla gündəmə gəlib. Bu gün isə sosial şəbəkələrdə Erkanın keçmiş daxili işlər naziri Mehmet Ağarın qohumu olması xəbəri yayılıb.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, bu barədə jurnalist Erk Acarer dünən axşam "X" hesabındakı paylaşımında bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bankın sədrinin atası Erol Erkan Mehmet Ağarın xalası oğludur.

Yayılan iddialarla bağlı sabiq nazir "Patronlar Dünyası"na açıqlama verib:

"Bizim onlarla vətəndaşlıq bağlarından başqa heç bir əlaqəmiz yoxdur. Belə bir qohumluq bağımız olsaydı, fəxr edərdik. Təəssüflər olsun ki, sosial şəbəkələrdə yalanlara necə cavab verəcəyimizi bilmirik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru