Ərdoğan İmamoğlunun seçilməməsi üçün görün, nələrə əl atır

24-01-2024, 11:34           
Ərdoğan İmamoğlunun seçilməməsi üçün görün, nələrə əl atır
İstanbulda İmamoğlunun seçilməsinə qarşı AKP ətrafında qeyri-rəsmi böyük ittifaq qurulur.

MHP AKP-namizədi Murad Krumu dəstəkləyir;

İyi Parti İmamoğluna dəstək vermir, öz namizədini irəli sürəcək;
DEM Parti (kürdlər) ilə AKP arasında gizli bazarlıq gedir. Həbsdə olan Səlahəddin Dəmirtaşın həyat yoldaşı Özgür Dəmirtaş İstanbulda namizəd ola bilər. Bu halda İmamoğlu kürdlərin səsini itirəcək. Bunun qarşılığında Dəmirtaş azadlığa buraxılacaq. Bu gün onu həbsxanadan özəl uçaqla anasına baş çəkmək üçün Diyarbəkirə gətiriblər.

Əli Babacanın DEVA Partisi öz namizədi ilə seçkiyə gedir;

Davudoğlunun Gələcək Partisi ilə Səadət Parti ittifaq qurub vahid namizədlərlə seçkiyə gedirlər;

CHP-nin içində Kamal Klıçdaroğlu tərəfdarları İmamoğlunun məğlub olmasını istəyirlər…

İmamoğlunun reytinqi hazırda 39 faizdən yüksəkdir, AKP-nin namizədini (36-37 faiz) xeyli qabaqlayır. Amma Ərdoğanın yuxarıda təsvir olunan seçki İttifaqı vəziyyəti dəyişə bilər.

Hazırda İmamoğlunun xeyrinə 2 müsbət məqam var:

İstanbula rəhbərlik etdiyi 4 ildə çox böyük işlər görüb, AKP-nin yeyib-dağıtdığı bələdiyyəni əhaliyə xidmətə sövq edib, israfın qarşısını alıb, çoxsaylı infrastruktur layihələri həyata keçirib. Onun reytinqi bu səbəbdən yüksəkdir;

2.AKP-nin namizədi zəif və korrupsiyaya bulaşmış şəxsdir. Üstəlik, ölkədə ağır sosial-iqtisadi vəziyyətə görə məsuliyyət daşıyan iqtidarın namizədi olması ona minus gətirir.

İmamoğlu kifayət qədər parlaq, pozitiv siyasətçidir, özünə inamlıdır.

Özünə qarşı iqtidar-müxalifət koalisiyanı məğlub edə bilsə, siyasi həyatının növbəti pillələrini çox rahat qalxacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.