Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda!

24-01-2024, 09:40           
Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada -
Məhkum həyatı yaşayan “Çiflik Bank”ın qurucusu “Tosuncuk” ləqəbli Mehmet Aydının həbsxanadan çəkilmiş fotosu gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, foto Türkiyə mətbuatında yayılıb.

Belə ki, 20 gün əvvəl çəkilən fotoda Aydının 110 kiloqramdan 80 kiloqrama kimi arıqladığı bildirilib.

29 aydır Ədirnənin Qapalı həbsxənasında məhkum həyatı yaşayan Aydının həm idmanla məşğul olduğu, həm də pəhriz saxladığı deyilib.

Qeyd edək ki, Türkiyədə 100 mindən çox şəxsi dələduzluq edərək pulunu mənimsəyən Mehmet Aydın Braziliyada polisə təslim olmuşdu. Onun böyük qardaşı Fatih Aydın da eyni maddə ilə təqsirləndirilərək 2 il 6 ay həbs cəzası alıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.