Qazaxıstanda daha iki zəlzələ oldu

25-01-2024, 10:39           
Qazaxıstanda daha iki zəlzələ oldu
Yanvarın 25-nə keçən gecə Qazaxıstanın Almatı vilayətində seysmoloqlar iki zəlzələ qeydə alıblar.

Hər iki zəlzələnin episentri Çində olub.

Qazaxıstanın Almatı vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti belə xəbər verib.

“Yanvarın 25-də yerli vaxtla saat 2:35-də seysmik stansiyalar şəbəkəsi təbiət hadisəsini qeydə alıb.

Zəlzələnin episentri Çinin Almatı şəhərindən 258 kilometr cənub-şərqdə yerləşir", - məlumatda deyilir.

5,1 bal gücündə zəlzələnin on kilometr dərinlikdə baş verdiyi bildirilir. Almatı sakinləri 2 bal gücündə zəlzələ hiss ediblər.

5,9 bal gücündə daha bir zəlzələni şəhər əhalisi saat 1:21-də hiss edib. Bu dəfə yeraltı təkanların episentri Almatıdan 273 kilometr cənub-şərqdə, Çin ərazisində yerləşib. Almatı sakinləri 2 bal gücündə təkan hiss ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru