Ərdoğan İsveçin NATO-ya üzvlüyünü təsdiqlədi

26-01-2024, 08:24           
Ərdoğan İsveçin NATO-ya üzvlüyünü təsdiqlədi
Türkiyə rəsmi olaraq İsveçin NATO-ya üzvlüyünü təsdiq edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin ardınca sənədi ratifikasiya edib.

Bundan əvvəl yanvarın 24-də Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv olmaq barədə müraciətinə baxıb. Gündəliyə daxil edilən məsələnin təsdiqi üçün səsvermədə iştirak edən deputatların səs çoxluğu kifayət edib.

Hazırda Macarıstan yeganə NATO ölkəsi olaraq qalır ki, parlamenti İsveçin üzvlük ərizəsini hələ ratifikasiya etməyib. \\Ölkə.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru